“Trabzonspor” Türkiyə çempionu oldu - 38 il fasilə ilə
01 may 2022 00:46 (UTC +04:00)

“Trabzonspor” Türkiyə çempionu oldu - 38 il fasilə ilə

0

Türkiyə Super Liqasında 2021/22 mövsümünün çempionu müəyyənləşib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, XXXV turun matçlarından sonra qızıl medalçı bəlli olub.

Lider “Trabzonspor” doğma azarkeşləri önündə “Antalyaspor”la 2:2 hesablı heç-heçə edərək rəqibləri üçün əlçatmaz olub. Bu nəticə ilə xallarının sayını 77-yə çatdıran “bordo-mavililər” sona 3 tur qalmış ən yaxın izləyicisi “Fənərbaxça”nı 9 xal qabaqlayır. Qara dəniz təmsilçisi şəxsi oyunlardakı üstünlüyə görə birinciliyi təmin edib. 

Bununla da trabzonlular 38 illik çempionluq həsrətinə son qoyaraq, tarixində 7-ci dəfə qızıl medallara layiq görülüb. Qara dəniz təmsilçisi buna qədər sonuncu dəfə 1983/84 mövsümündə finişə birinci çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1978

Oxşar yazılar