Teymur Rəcəbov
30 sentyabr 2021 02:49 (UTC +04:00)

Teymur Rəcəbov

Teymur Rəcəbov erməniyə YENƏ QALİB GƏLDİ

0

Teymur Rəcəbov Çempionlar Turunda Levon Aronyana qalib gəlib

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun oyunları keçirilir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan təmsilçiləri də növbəti görüşlərini keçiriblər.

Teymur Rəcəbov bu turda Levon Aronyanla qarşılaşıb. Qrossmeysterimiz bu prinsipial görüşdə qələbə qazanıb. O, ağ fiqurlarla oynadığı 2-ci partiyada rəqibini məğlub edib. 4 oyunun yekununda Teymur 2,5:1,5 hesabı ilə qalib gəlib.

Şəhriyar Məmmədyarov isə turu məğlubiyyətlə başa vurub. O, Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə uduzub.

Qeyd edək ki, VI turda Rəcəbov Uesli So, Məmmədyarov Hikaru Nakamura ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2128

Oxşar yazılar