Portal “Sportico” tarixin ən zəngin idmançılarının adını açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, siyahıya 3,3 milyard dollar gəlirlə basketbolçu Maykl Cordan başçılıq edir. Qeyd edək ki, təkcə idman müqavilələri üzrə maaşlar deyil, sponsorluq ayırmaları da nəzərə alınıb.
Əlavə edək ki, 1,29 milyard gəlirlə Kriştiano Ronaldo Lionel Messini (1,22 milyard) üstələyib, ikincidən dördüncü yerə qədər olan yerləri Tayqer Vudsun başçılıq etdiyi qolfçular tutub.
Ən zəngin 10 idmançı.
1. Maykl Cordan - 3,3 milyard dollar (basketbol)
2. Tayqer Vuds - 2,5 (qolf)
3. Arnold Palmer - 1,7 (qolf)
4. Cek Nuklaus – 1,63 (qolf)
5. Kriştiano Ronaldo – 1,58 (futbol)
6. Lebron Ceyms – 1,53 (basketbol)
7. Lionel Messi - 1,48 (futbol)
8. Floyd Mayvezer – 1,43 (boks)
9. Rocer Federer – 1,38 (tennis)
10. Fil Mikelson – 1,36 (qolf)