“Sportico” idman jurnalı tarixin ən zəngin idmançılarının siyahısını dərc edib.
Lent.az-ın xarici mediaya istiadən xəbərinə görə, siyahı nəşrin saytında yayılıb.
Reytinqin lideri karyerası ərzində 3,3 milyard dollar qazanan amerikalı basketbolçu Maykl Cordan olub. Qolfçular Tayqer Vuds (2,5 milyard), Arnold Palmer (1,7 milyard), Cek Niklaus (1,63 milyard) ikinci-dördüncü yerləri tutublar.
Beşinci yerdə 1,58 milyard dollarla portuqaliyalı futbolçu Kriştiano Ronaldo qərarlaşıb.
Altıncı yerdə 1,53 milyardla basketbolçu Lebron Ceyms qərarlaşıb. Yeddinci yerdə argentinalı futbolçu Lionel Messi (1,48), səkkizinci yerdə amerikalı boksçu Floyd Meyvezer (1,41), doqquzuncu yerdə isveçrəli tennisçi Rocer Federer (1,38), onuncu yerdə amerikalı qolfçu Fil Mikelsondur (1,41).
Məbləğlərə əmək haqqı, bonuslar, pul mükafatları, naşir sövdələşmələri və qonorar daxildir. Həmçinin sponsor şirkətlərdə iştirakdan əldə edilən pul vəsaitləri də məbləğlərə əkavə olunub. Bütün gəlirlər vergi çıxımazdan əvvəldir.