Sentyabrın 24-də İngiltərə Premyer Liqasının altıncı turunun oyunu çərçivəsində "Şeffild Yunayted" "Nyukasl"ı qəbul edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, "Bermoll Leyn" stadionunda baş tutan görüş qonaqların 8:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk hissədə “Nyukasl”ın futbolçuları üç qol vurub – Şon Lonqstaff, Den Bern və Sven Botman fərqlənib. Oyunun ikinci hissəsində qonaqlar daha beş qol vurub – Kalum Uilson, Entoni Qordon, Mikel Almiron, Bruno Qimarayş və Aleksandr İsak.