“Sumqayıt”a Rusiyadan  təklif
27 mart 2022 03:58 (UTC +04:00)

“Sumqayıt”a Rusiyadan təklif

1

“Sumqayıt”ın maraq dairəsində olan daha bir futbolçunun adına aydınlıq gəlib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, ölkə xaricində çıxış edən növbəti oyunçu “gənclik şəhəri” təmsilçisinə təklif olunub.

Bu, Rusiyanın “Stroqino” klubunda çıxış edən Rüstəm Şabanovdur. Rusiya və Ukraynada azödənişli gənc futbolçular axtarışında olan “Sumqayıt” rəhbərliyi üçün Şabanov da variantlardan biridir. 19 yaşlı yarımmüdafiəçi Azərbaycana gələcəyi təqdirdə, milliləşdirilərək gənclərdən ibarət yığmaya da çağırılacaq.

Qeyd edək ki, Rüstəm Şabanov ötən ildən “Stroqino”nun əvəzedici komandasında çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 2968

Oxşar yazılar