Ole Qunnar Sulşer
23 noyabr 2021 13:52 (UTC +04:00)

Ole Qunnar Sulşer

Sulşer “Mançester Yunayted”də 50 il əvvəlki antirekordu təkrarladı

0

"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer klubun azarkeşləri arasında inanılmaz antirekordla yadda qalacaq. 

Lent.az xarici mediaya istinadla bildirir ki, norveçli 49 il əvvəlki şübhəli nailiyyəti təkrarlayıb.

Sulşer “Mançester Yunayted”ə 2018-ci ilin dekabrından rəhbərlik edib. Ötən bazar günü Premyer Liqada “Uotford”a 1:4 hesabı ilə məğlubiyyətdən sonra isə postundan gedib.

Bununla belə, komanda ilə işlədiyi bütün müddət ərzində Sulşer bir kubok qazana bilməyib. 

Bu, sonuncu dəfə 1972-ci ildə, Frank O'Farrell vəzifəsini kubok qazanmadan tərk edəndə baş verib.

 Ötən mövsüm “Mançester Yunayted” Avropa Liqasının finalına yüksəlib və burada “Vilyarreal”a uduzub, “qırmızı şeytanlar” İngiltərə çempionatını ikinci yerdə başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1492

Oxşar yazılar