“Mançester Siti”nin sabiq yarımmüdafiəçisi İlkay Gündoğan “Barselona”ya keçib.
Lent.az xəbər verir ki, bu barədə İspaniya komandasının rəsmi saytı məlumat yayıb.
İlkay Gündoğan “Mançester Siti” ilə müqaviləsi başa çatdıqdan sonra “Barselona” ilə müqavilə imzalamağa razı olub:
“Gündoğan müqaviləsini daha bir il uzatma ehtimalı ilə 2 mövsüm bizə qoşulacaq. İlkay üçün sərbəst qalma müavinəti 400 milyon avro olacaq”, - “Barselona”nın açıqlamasında bildirilir.
32 yaşlı Gündoğan 2016-cı ildən “Mançester Siti”də çıxış edir və komanda ilə 14 kubok, o cümlədən beş Premyer Liqa və bir Çempionlar Liqası qalibi olub. Ötən mövsüm alman yarımmüdafiəçi kapitan sarğısı ilə “vətəndaşlar” üçün meydana çıxıb.
