"Selta"nın hücumçusuna zorlama  İTTİHAMI
28 mart 2022 18:43 (UTC +04:00)

"Selta"nın hücumçusuna zorlama İTTİHAMI

0

İspaniyanın "Selta" klubunun hücumçusu Santi Mina ciddi xoşagəlməzliklə üzləşib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, polis futbolçunu zorlamada şübhəli bilir və ona 8 ilə qədər həbs cəzası tələb edir.

Məlumata görə, hadisə 2017-ci il iyunun 16-da baş verib. Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, Mina dostunun avtomobilində bir qızla onun iradəsinə zidd olaraq cinsi əlaqəyə girib.

Nəticədə qızda ağır depressiv əlamətlər və onun həyatına təsir edən xroniki posttravmatik pozğunluq yaranıb.

İndi 26 yaşlı ispaniyalı məhkəməyə çağırılıb. İş üzrə dinləmələr martın 28, 29 və 31-də Almeriyada keçiriləcək. Həbsdən əlavə, prokurorluq məhkəmədən oyunçuya qıza 500 metrdən az məsafədə yaxınlaşmağı tələb edir.

Qeyd edək ki, Mina bu mövsüm İspaniya çempionatında "Sevilya"nın heyətində 28 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2692

Oxşar yazılar