Ronaldu "Instagram"da rekorda imza atdı
19 iyun 2021 08:22 (UTC +04:00)

Ronaldu "Instagram"da rekorda imza atdı

0

Portuqaliya yığmasının və İtaliyanın "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu ilk olaraq instagramda 300 milyon abunəçi toplayıb.

Lent.az "report"a istinadən xəbər verir ki, idman dünyasında Ronaldunun ən yaxın təqibçiləri futbolçular Lionel Messi və Neymardır. "Barselona"nın kapitanının 219 milyon abunəçisi var. PSJ-nin hücumçunun auditoriyası bundan 67 milyon nəfər azdır.

Ümumilikdə isə sosial şəbəkədə ən məşhur hesablar siyahısında Ronaldudan sonra üç amerikalı qərarlaşıb: aktyor və restler Dueyn Conson (246 milyon abunəçi), müğənni Ariana Qrande (244 milyon izləyici) və model Kayli Cenner (241 milyon izləyici).

Ronaldu iyunun 15-də də Avropa çempionatının iki rekorda imza atıb. O, futbolçular arasında qitənin beş birincilik yarışında iştirakı ilə rekorda yiyələnib, həmçinin 11 qol ilə yarışın tarixində ən yaxşı bombardir olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1427

Oxşar yazılar