Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal QAZANDIRDI
24 may 2023 02:14 (UTC +04:00)

Ronaldonun qolu “Əl-Nəsr”ə üç xal QAZANDIRDI

0

Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının hesabat turunu qələbə ilə başa vurub.

Lent.az saytı xəbər verir ki, öz meydanında “Əl-Şabab”ı 3:2 hesabı ilə məğlub edən komandanın qələbə topunu portuqaliyalı hücumçu vurub.

Birinci hissənin əvvəlində qonaqlar iki dəfə fərqləniblər. Bundan sonra böyük əzmkarlıq göstərən “Əl-Nəsr” qələbə sayəsində çempionluq yarışında rəqibindən geri düşməyib.

Çempionatın lideri “Əl-İttihad” öz meydanın minimum hesablı qələbə qazanıb.

Qeyd edək ki, sona 2 tur qalmış “Əl-Nəsr” liderdən üç xal geri qalır.

28-ci tur
“Əl-Nəsr” – “Əl-Şabab” – 3:2
“Əl-İttihad” – “Əl-Batin” – 1:0

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2003

Oxşar yazılar