“Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldo 2014-cü ildə “Real Madrid”lə Çempionlar Liqasının onuncu kubokunu qazanmasını karyerasının ən yaddaqalan anı adlandırıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, “Real Madrid”də həmişə Çempionlar Liqası haqqında düşünüblər:
“İldən-ilə təzyiqin getdikcə daha da artdığını hiss edirdik, lakin Real Madridin Çempionlar Liqasında onuncu qələbəsi ilə biz istədiyimizi qazandıq. Bu, ən xüsusi qələbədir, yaddaşımda əbədi qalacaq, heç vaxt unutmayacağam.
Real Madriddə oynayanda Çempionlar Liqasını qazanmağın bir növ vəsvəsə olduğunu hiss edirsən. Orada hamı onuncu dəfə Çempionlar Liqasını qazanmağa can atırdı. Onuncu kubok ən xüsusi idi.
Azarkeşlər də, biz də, bunu istəyirdik. Bu, mənim həmişə xatırlayacağım an - klubumla ən nüfuzlu matçda qalib gəlməkdir”.
Ronaldo 2022-ci ilin dekabr ayının sonunda “Əl Nəsr”ə keçib. Hücumçunun klubla müqaviləsi 2,5 il müddətinə, mövsümdə təxminən 200 milyon avro maaşla nəzərdə tutulub.