“Mançester Yunayted” və Madrid “Real”ının keçmiş hücumçusu Ruud Van Nistelroy növbəti mövsüm Hollandiyanın PSV klubunun baş məşqçisi ola bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, Van Nistelroy klubu mütləq tərk edəcək hazırkı komandanın baş mşqçisi Rocer Şmidtin yerinə prioritet namizəddir.
Xatırladaq ki, hazırda PSV lider “Ayaks”dan 2 xal geri qalır və Amsterdam klubu ilə çempionluq uğrunda mübarizə aparır.