Azyaşlı qızla seksual xarakterli video yaydığı üçün saxlanılan “Real”ın 4 futbolçusunu 5 ilə qədər həbs gözləyir.
Lent.az xarici mediaya istinadla bildirir ki, videonu çəkib yayan şəxsə ən böyük cəza veriləcək. Zərərçəkənin azyaşlı olduğu sübut olunarsa, Los Blancos oyunçuları maksimum cəza ala bilər. Video azyaşlı qızın razılığı ilə çəkilibsə, cəzanın azaldılacağı bildirilir.
Videodakı qızın azyaşlı olduğu sentyabrın 14-də bilinib. Faktla bağlı qızın anası polisə müraciət edib və araşdırmalar başlayıb.
Zərərçəkənin anası bildirib ki, futbolçulardan biri qızı ilə cinsi xarakterli video çəkib, sonra isə sosial şəbəkələrdə yayıb. Polis Madrid klubunun üç futbolçusunu həbs edib. Bildirilir ki, istintaq zamanı “kral” klubunun futbolçuları meydana çıxa bilər.