Qaret Beyli
05 iyul 2021 16:31 (UTC +04:00)

Qaret Beyli

"Real"dan Qaret Beyllə bağlı QƏRAR

0

Uels milli komandasının futbolçusu Qaret Beylin karyerasını davam etdirəcəyi klub müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, hücumçu daha bir il “Real”da qalacaq.

Böyük britaniyalının İspaniya nəhəngindən ayrılacağı gözlənilsə də, futbolçu müqaviləsinin sonunadək Madriddə qalmağa üstünlük verib. O, baş məşqçi Karlo Ançelottinin planlarına daxildir. Beylin anlaşması 2022-ci ilin yayında başa çatacaq.

Qeyd edək ki, uelsli ötən mövsüm icarə əsasında İngiltərə “Tottenhem”ində oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2158

Oxşar yazılar