“Real” onun üçün  140 milyon   təklif etməyə hazırdır
13 mart 2023 17:27 (UTC +04:00)

“Real” onun üçün 140 milyon təklif etməyə hazırdır

0

"Real" İngiltərə yığmasının futbolçusu Cude Bellinqhem üçün 140 milyon avro təklif etməyə hazırdır.

Lent.az bildirir ki, bu barədə İspaniya mətbuatı xəbər verir. 

Mənbənin məlumatına görə, “Real” təmsilçiləri ilkin məsələləri həll etmək və yay transfer pəncərəsinə keçid üçün hazırlıqlara başlamaq üçün artıq Dortmunda səfər ediblər.

Daha əvvəl Bellinqhemin komanda rəhbərliyinin təklifinə baxmayaraq, Dortmund "Borussiya"sı ilə müqaviləni yeniləməkdən imtina etdiyi və özünə yeni klub axtardığı bildirilirdi. "Liverpul"un da futbolçu ilə maraqlandığı məlum idi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2093

Oxşar yazılar