"Real" Mbappedən də güclü oyunçu  tapdı
09 noyabr 2023 12:20 (UTC +04:00)

"Real" Mbappedən də güclü oyunçu tapdı

41

“Real Madrid” indidən yaz transfer hazırlıqlarına başlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, kral klubu üçün bu il də prioritet PSJ-nin hücumçusu Kilian Mbappedir. Ancaq bu alınmasa, ona da alternativ plan düşünülüb.

Belə ki, Madrid klubu Mbappenin transferində problem yaşayacağı təqdirdə onun əvəzinə “Bayern Münhen”nin oyunçusu Camal Musialanı heyətinə qatmağı qarşıya məqsəd qoyub. “Real”dan başqa “Mançester Siti”nin baş məşqçisi Xose Qvardiola da Münhen klubunun futbolçusunu heyətinə qatmaqda maraqlıdır.

Lakin alman klubu isə Musialanın hazırda dünyanın ən dəyərli oyunçularından olduğunu və uzun müddət satmaq istəmədiklərini bildirib.

Qeyd edək ki, 20 yaşlı Musiala bu mövsüm “Bayern”in 13 oyununda 4 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
41
# 33587

Oxşar yazılar