“Real Madrid” birinciliyə yüksəldi
02 fevral 2024 03:18 (UTC +04:00)

“Real Madrid” birinciliyə yüksəldi

0

Fevralın 1-də futbol üzrə İspaniya La Liqasında təxirə salınan bir oyun keçirilib.

Lent.az xəbər verir ki, “Real Madrid” səfərdə “Xetafe” ilə qarşılaşıb.

Görüş qonaqların 0:2 hesablı qələbəsi ilə başa çatıb. “Kral klubu”nun heyətində Xoselu dubl edib.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran Karlo Ançelottinin yetirmələri liderliyi ələ keçiriblər. İkinci pillədə qərarlaşan “Jirona”nın 55 xalı var.

Hesablarında 47 xal olan “Atletiko Madrid” və “Barselona” 3-4-cü pillələrdə qərarlaşıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3914

Oxşar yazılar