"Real"ın rəhbərliyi PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı qeyri-müəyyənliyindən bezib.
Lent.az bildirir ki, bu barədə “Marca” xəbər verir.
Mənbənin sözlərinə görə, madridlilər artıq Mbappenin mümkün transferi ilə bağlı vəziyyətdən yorulub, klubda hazırda Kilianın sözlərinə inamsızlıq yaranıb. “Real” PSJ-dən ayrılmaq qərarına gəlsə, bu yay fransız futbolçu üçün mübarizə aparmaq fikrində deyil. Eyni zamanda, “Real” anlayır ki, PSJ heç vaxt Mbappe üçün tələblərini azaltmağa getməyəcək. Buna görə də “Kral klubu” yayda futbolçunu almaqla bağlı parislilərlə danışıqlar aparmaq istəmir.
Mbappe bu mövsüm Fransa çempionatında 23 oyuna çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.