“Real” 35-ci dəfə çempion oldu
01 may 2022 02:19 (UTC +04:00)

“Real” 35-ci dəfə çempion oldu

0

İspaniya La Liqasında 2021/22 mövsümünün çempionu bəlli olub.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, “Real” sona 4 tur qalmış qızıl medalları təmin edib.

XXXIV turda öz meydanında “Espanyol”la qarşılaşan “kral klubu” rəqibini 4:0 hesabı ilə məğlub edib. Bu qalibiyyət sayəsində xallarının sayını 81-ə çatdıran Karlo Ançelottinin yetirmələri ən yaxın izləyiciləri “Sevilya” və “Barselona” üçün əlçatmaz olub.

Bununla “Real” tarixində 35-ci dəfə La Liqa çempionluğuna qovuşub. Ən çox ölkə çempionu olan madridlilər öz rekordunu yeniləyib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1950

Oxşar yazılar