Zinəddin Zidan
05 mart 2022 02:38 (UTC +04:00)

Zinəddin Zidan

Qətər əmirinin Zidan israrı

0

PSJ-nin sahibi Tamim bin Həməd el-Tani “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanla müntəzəm əlaqə saxlayır.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Qətər əmiri fransalı mütəxəssisi yüksək qiymətləndirir və onu mövsümün sonunda baş məşqçi postuna gətirməyi planlaşdırır.

Lakin PSJ-nin idman direktoru Leonardo Zidanın təyinatına qarşıdır. Çünki Zizu özü də braziliyalı ilə birgə çalışmaq fikrində deyil. 50 yaşlı mütəxəssis PSJ-yə keçməyə razılıq versə, Leonardonu “Arsenal”ın sabiq çalışdırıcısı Arsen Vengerin əvəzləməsini tələb edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3183

Oxşar yazılar