Gürcü qarışıq döyüş sənətçisi Merab Dvalişvili rusiyalı Petr Yana məğlub olacağı təqdirdə intihara edəcəkmiş.
Lent.az xəbər verir ki, bu barədə “İnsayder”in yazarı Emi Kalpan sosial şəbəkədə məlumat yayıb. O, “Merab Petr Yana uduzsa intihar edəcəyini deyir”, deyə öz hesabında yazıb.
Qeyd edək ki, martın 12-də Dvalişvili və Yan Las-Veqasda keçirilən UFC Fight Night 221 turnirində titul döyüşündə qarşılaşıblar.
Gürcü yekdil qərarla qalib gəlib. O, sonuncu dəfə 2018-ci ildə amerikalı Rikki Saymonla dueldə məğlub olub.