"Qarabağ"ın sabiq futbolçusu Kadi Borjis çıxış etdiyi Rusiyanın "Krasnodar" klubunda dubl edib.
Lent.az-ın xəbərinə görə, braziliyalı futbolçu Rusiya Premyer Liqasının XIX turu çərçivəsində "Krasnodar"ın Moskva "Dinamo"su üzərində 2:1 hesablı qələbəsində əsas pay sahibi olub.
O, 24 və 68-ci dəqiqələrdə qol vurub. Bu onun Premyer Liqada ilk qolları olub. Kadi 84-cü dəqiqədə anqolalı Juau Başiessa ilə əvəzlənib.
Qeyd edək ki, "Krasnodar" bu qış "Qarabağ"dan Kadini təxminən 5 milyon avroya transfer edib.