“Qarabağ”ın futbolçuları  MİLLİDƏN KƏNARDA QALDI
29 mart 2022 13:56 (UTC +04:00)

“Qarabağ”ın futbolçuları MİLLİDƏN KƏNARDA QALDI

0

Azərbaycan millisinin Latviya ilə keçirəcəyi yoldaşlıq görüşünün “23-lüy”ü açıqlanıb.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, baş məşqçi Canni de Byazi “Qarabağ”ın iki futbolçusunu heyətdən kənarda saxlayıb.

Bunlar müdafiəçi Bədavi Hüseynov və hücumçu Rüstəm Əhmədzadədir. Dörd gün əvvəl Malta ilə qarşılaşmada iştirak edən Hüseynov və Əhmədzadə bu dəfə italiyalı çalışdırıcının sərəncamında olmayacaq. Əvəzində Malta ilə görüşü buraxan hücumçular Namik Ələskərovla Ağabala Ramazanov bu dəfə heyətə salınıb. Hər iki oyunçu ehtiyatdan meydana daxil ola bilər.

Qeyd edək ki, Maltada keçiriləcək Azərbaycan – Latviya oyunu Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1894

Oxşar yazılar