“Qalatasaray” darmadağın  oldu, “Fənərbaxça” qələbə qazandı
02 may 2026 23:15 (UTC +04:00)

“Qalatasaray” darmadağın oldu, “Fənərbaxça” qələbə qazandı

0

Türkiyə Super Liqasında XXXII turun oyunları davam edir.

Lent.az xəbər verir ki, turun ikinci oyun günündə üç qarşılaşma keçirilib.

Lider Qalatasaray səfərdə Samsunspor ilə qarşılaşıb. Beş qolun vurulduğu matçda ev sahibləri rəqibini 4:1 hesabı ilə məğlub edib.

Fənərbaxça doğma azarkeşləri önündə Başakşəhər ilə üz-üzə gəlib. “Sarı-lacivərdlilər” bu oyunda 3:1 hesablı qələbə qazanıb.

Trabzonspor isə Göztəpə ilə matçda heç-heçə edib – 1:1.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 889

Oxşar yazılar