Naxçıvanda kanaldan  qadın meyiti tapıldı - YENİLƏNİB
02 may 2026 17:29 (UTC +04:00)

Naxçıvanda kanaldan qadın meyiti tapıldı - YENİLƏNİB

0

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanaldan aşkarlanan meyitin kimliyi məlum olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, aşkarlanan meyit Ordubad rayon Baş dizə kənd sakini, 69 yaşlı Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

Faktla bağlı Ordubad Rayon Prokrorluğunda araşdırma aparılır.

Qeyd edəki ki, cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
15:36

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda meyit aşkarlanması ilə bağlı məlumat daxil olub.

Lent.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar