Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində baş verib.
Kənd sakini 73 yaşlı R.Hüseynov yaşadığı evin həyətində olan yardımçı tikilidə dəm qazından boğularaq ölüb.
Onun meyiti müayinə olunmaq üçün “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nin rayon şöbəsinə təhvil verilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.