Şəkidə qəzada yaralananların kimliyi  məlum oldu
02 may 2026 21:13 (UTC +04:00)

Şəkidə qəzada yaralananların kimliyi məlum oldu

0

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimlikləri məlum olub.

Lent.az xəbər verir ki, qəza nəticəsində “Daewoo” markalı avtomobilin sürücüsü, Laçın rayon sakini, 55 yaşlı Şamxal Əhmədov və “Hyundai” markalı avtomobildə olan sərnişin, 33 yaşlı Nərgiz Əbdülova müxtəlif dərəcəli xəsarətlər alıb.

***
20:15

Şəkidə hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Şəki şəhəri ərazisində baş verib.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hazırda onlara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1280

Oxşar yazılar