"Qalatasaray" "Beşiktaş"ın 63 illik rekordunu yenilədi
12 mart 2023 12:51 (UTC +04:00)

"Qalatasaray" "Beşiktaş"ın 63 illik rekordunu yenilədi

0

Türkiyə Superliqanın 25-ci turunda "Kasımpaşa"nı məğlub edən (1:0) "Qalatasaray" rekorda imza atıb.

Lent.az xəbər verir ki, bu, İstanbul təmsilçisinin çempionatda ardıcıl 14-cü qələbəsi olub.

Bununla da, "sarı-qırmızılar" Türkiyə çempionatları tarixində ən uzun qələbə seriyasına sahib olub. Bundan əvvəlki rekord "Beşiktaş"a aid idi. "Qara qartlar" 1959/1960 mövsümündə ardıcıl 13 oyunda qalib gəlmişdi.

Qeyd edək ki, "Qalatasaray" Superliqada 60 xalla liderdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2623

Oxşar yazılar