Paris Sen-Jermen-in yarımmüdafiəçisi Leandro Paredes karyerasını “Latsio”da davam etdirə bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, tərəflər arasında müsbət danışıqlar aparılıb. İtaliya klubunun rəhbərliyi təcrübəli yarımmüdafiəçi ilə çox maraqlanır.
Paredes 2019-cu ilin yanvarında “Zenit”dən PSJ-yə keçib.
28 yaşlı futbolçunun Fransa klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna kimi qüvvədədir.