PSJ Konte ilə danışıqlara başladı
16 mart 2022 21:11 (UTC +04:00)

PSJ Konte ilə danışıqlara başladı

0

Fransanın PSJ klubu baş məşqçi postuna namizədlərdən biri ilə danışıqlara start verib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşdıqdan sonra Maurisio Poçettinonu göndərmək niyyətində olan Paris təmsilçisi Antonio Konteni gətirməyi planlaşdırır.

“Tottenhem”i çalışdıran italiyalı mütəxəssislə danışıqlar da başlayıb. Onun İngiltərə klubu ilə müqaviləsindəki bəndə əsasən mövsümün sonunda London təmsilçisindən ayrılmaq hüququna malikdir.

Qeyd edək ki, Konte 2021-ci ilin noyabrından “Tottenhem”in baş məşqçisidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2164

Oxşar yazılar