PSJ-nin hücumçusu Kilian Mbappe klubla müqaviləsini yeniləyərsə, 100 milyon avro mükafat alacaq.
Lent.az bildirir ki, Fransa mətbuatının yazdığına görə, futbolçunun müqaviləsində PSJ Çempionlar Liqasını qazanarsa, müqavilənin avtomatik uzadılmasını nəzərdə tuturdu, lakin Fransa çempionu yarışdan kənarlaşdırılıb. İndi 2018-ci ilin dünya çempionu özü müqaviləni vaxtından əvvəl pozmamaq və PSJ-də qalmaq qərarına gəlsə, loyallıq bonusu ala bilər.
Müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər olan Mbappe bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 30 qol vurub və 8 məhsuldar ötürmə edib.