Portuqaliya millisinin  baş məşqçisi   oldu
09 yanvar 2023 16:47 (UTC +04:00)

Portuqaliya millisinin baş məşqçisi oldu

0

Portuqaliya Futbol Federasiyası Roberto Martinesi milli komandanın baş məşqçisi təyin edib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə qurumun saytında məlumat verilib.

49 yaşlı ispaniyalı mütəxəssis 2014-2022-ci illərdə Belçika millisində çalışıb. Komandanı 2018-ci il Dünya Çempionatında bürünc medal qazanıb.

Dekabrın 15-də məlum olub ki, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında komandanın mübarizədən kənarlaşdırılmasından sonra portuqaliyalı baş məşqçi Fernando Santuş istefaya göndərilib. 

Dekabrın 10-da Portuqaliya Mərakeşə uduzaraq yarımfinala çıxa bilməyib. Görüş 0:1 hesabı ilə başa çatıb.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2966

Oxşar yazılar