Platini Fransa Futbol Federasiyasına  rəhbərlik edə bilər
10 yanvar 2023 13:46 (UTC +04:00)

Platini Fransa Futbol Federasiyasına rəhbərlik edə bilər

0

UEFA-nın keçmiş prezidenti Mişel Platini Fransa Futbol Federasiyasına rəhbərlik edə bilər.

Lent.az bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 

Bildirilir ki, təşkilatın hazırkı rəhbəri Noel Le Qreyin Zinəddin Zidana qarşı tənqidindən sonra məsələyə hətta Fransa prezidenti Emmanuel Makron da qarışıb, o, Le Qreyin tutduğu vəzifədən istefa variantını nəzərdən keçirməyə başlayıb və Platini ilə ilkin danışıqlar aparıb.

Xatırladaq ki, 2015-ci ildə Platini Beynəlxalq Futbol Federasiyasının etika komitəsi tərəfindən korrupsiya şübhələri ilə bağlı 8 il müddətinə hər hansı futbol fəaliyyətindən kənarlaşdırılıb. Daha sonra müddət 4 ilə endirilib və 2019-cu ildə diskvalifikasiya müddəti başa çatıb.

Həmçinin fransalıya və FİFA-nın keçmiş rəhbəri Yozef Blatterə qarşı cinayət işi başlanıb, sonradan bu işlərə xitam verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1563

Oxşar yazılar