"Real " və "Mançester Siti" "Bavariya"nın sol cinah müdafiəçisi Alfonso Devis ilə maraqlanır.
Lent.az-ın xarici mediaya istinadla xəbər verir ki, 22 yaşlı futbolçunun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” onun qiymətini 70 milyon avro qiymətləndirir.
Devis 2019-cu ildə 14 milyon avroya “Vankuver”dən Münhen klubuna keçib. 2022/23 mövsümündə müdafiəçi "Bavariya"nın heyətində 38 oyuna çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə edib.