"Nyuells Old Boyz"un baş məşqçisi Qabriel Haynze Messinin komandasına keçid ehtimalını dəyərləndirib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu, argentinalının doğma klubudur.
“Onunla bağlı suallar məni narahat edir və Messi haqqında danışmağa bir az utanıram. Ona qayıdıb-qayıtmayacağına qərar verən tək özüdür. Onun seçimidir, heç kim geri qayıtmağa borclu deyil. Xahiş edirəm, Messini rahat buraxın, o, bizi sevindirməyə davam etsin və harada olursa-olsun xoşbəxt olsun”, - mütəxəssis bildirib.
Xatırladaq ki, Messinin PSJ ilə hazırkı müqaviləsi 2023-cü il iyunun 30-da başa çatır və tərəflər hələlik müqavilənin uzadılması ilə bağlı razılığa gəlməyiblər.
Bu mövsüm futbolçu bütün klub yarışlarında 29 oyun keçirib, 18 qol vurub və 16 məhsuldar ötürmə edib.