“Onlar Ronaldonu  keçməyimə   kömək etdilər” – Suares
06 mart 2023 14:44 (UTC +04:00)

“Onlar Ronaldonu keçməyimə kömək etdilər” – Suares

0

"Barselona"nın keçmiş hücumçusu Luis Suares PSJ-nin hazırkı hücumçuları Lionel Messi və Neymarla birlikdə oynamaqdan danışıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, o, onların 2016-cı ildə bütün Avropa yarışlarının bombardiri olan "Qızıl buts"u qazanmasında, sonra isə “Real”ın şərəfini qoruyan Kriştiano Ronaldonu məğlub etməsində kömək etdiklərini söyləyib. Uruqvaylı 2015/2016 mövsümündə 40 qol vurub.

“2016-cı ildə “Qızıl buts” uğrunda Kriştiano Ronaldo ilə mübarizə aparanda onlar mənə qalib gəlməyə kömək etdilər. Mənə penaltilər vurmağa icazə verdilər, daha çox qol vurmağım üçün ötürmələr verdilər... Messi hamı üçün dünyanın ən yaxşısı idi, Neymar isə məndən sonra ikinci idi.

Onlar mənə “Qızıl buts”u qazanmağa kömək etdilər, buna görə onlara həmişə minnətdar olacağam. Bu, üç ulduzun eyni komandada oynaya biləcəyinə və onlara qələbələr gətirə biləcəyinə bir daha sübutdur. Düşünürəm ki, bizi böyük dost edən də budur”, - Suares vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2025

Oxşar yazılar