Neymar qapıçı ilə  əlbəyaxa oldu
10 mart 2022 15:12 (UTC +04:00)

Neymar qapıçı ilə əlbəyaxa oldu

0

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Real”a məğlubiyyətdən (1:3) sonra PSJ-nin paltardəyişmə otağında əlbəyaxa dava olub.

Apasport.az saytının məlumatına görə, mübahisə hücumçu Neymarla qapıçı Canluici Donnarumma arasında baş verib.

Futbolçular buraxılan qolları müzakirə edərkən Neymar italiyalı qolkiperi ilk topa görə kəskin tənqid edib. Canluici də bunun cavabında braziliyalını ikinci qolda topu itirməklə günahlandırıb. Digər futbolçular araya girərək onları çətinliklə ayırıb.

Qeyd edək ki, iki oyunun yekununda 2:3 hesabı ilə məğlub olan PSJ avrokuboklarda mübarizəni dayandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2939

Oxşar yazılar