“Neftçi”dən  ilk qış transferi
09 yanvar 2023 15:00 (UTC +04:00)

“Neftçi”dən ilk qış transferi

0

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini rəsmiləşdirib.

Apasport.az klubun saytına istinadən məlumat verir ki, Azərbaycan milli komandasının üzvü Höccət Haqverdi ilə 1,5 illik müqavilə bağlanıb.

29 yaşlı müdafiəçi komandamızın heyətində 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu “Sumqayıt” (2021-2022) olan Höccət Haqverdi İranın “Abumoslem” (2013-2014), “Zob Ahan” (2014-2017), “Peykan” (2017-2021) klublarında çıxış edib, bu mövsümün ilk hissəsini icarə əsasında Təbriz “Traktor”unda keçirib. Milli komandamızın heyətində 17 oyunda meydana çıxıb, 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1852

Oxşar yazılar