"Neftçi"dən 500-cü qələbə
13 mart 2023 11:21 (UTC +04:00)

"Neftçi"dən 500-cü qələbə

0

“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.

Lent.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının 26-cı turuna təsadüf edib. “Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.

Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.

Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.

Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.(pfl.az)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1587

Oxşar yazılar