Bu gün Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 2 matç baş tutacaq.
Günə “Bank Respublika Arena”da start veriləcək. İlk xalını ötən tur qazanan “Sabah” “Neftçi”ni qəbul edəcək.
Meydan sahibləri son pillələrdən uzaqlaşmaq üçün tarixində ilk dəfə rəqibini udmalıdır. “Neftçi” isə liderlərdən uzaq düşməmək üçün səfərdən itkisiz dönməlidir.
İkinci qarşılaşma Sumqayıtda baş tutacaq. Eyniadlı komanda “Qəbələ”ni qəbul edəcək.
Məğlubiyyətsiz irəliləyən qonaqlar liderlik üçün uduzmamalı, təkhakimiyyətlilik üçün qalib gəlməlidir. “Sumqayıt” isə ardıcıl iki məğlubiyyətdən sonra doğma azarkeşləri önünə 3 xal üçün çıxacaq.
Qeyd edək ki, ilk oyun günündə “Keşlə” – “Qarabağ” (1:1) və “Səbail” – “Zirə” (1:2) matçları baş tutub.
Azərbaycan Premyer Liqası
V tur
26 sentyabr (bazar)
17:00. “Sabah” – “Neftçi”
Baş hakim: Əliyar Ağayev
“Sabah”: 1. Səlahət Ağayev (k), 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 34. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov, 20. Coy-Lens Mikels, 55. Şpiro Periçiç, 11. Kristian Sebalyos, 7. Petar Skuletiç, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 16. Saşa Stamenkoviç, 32. Rustam Samigullin, 9. Xulio Sezar Rodrigez, 26. Fofana Tiemoko, 3. Zurab Oçiqava, 17. Xuan Kamara, 24. Mixeil Erqemlidze, 5. Arsen Ağcabəyov, 21. İldar Alekperov, 77. Veysəl Rzayev, 66. Abdula Xaibulaev, 13. Abdulla Rzayev
Baş məşqçi: Ramin Quliyev
“Neftçi”: 30. Aqil Məmmədov, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 97. Xəyal Nəcəfov, 6. Voyislav Stankoviç, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 4. Huqo Basto, 91. Ramon Maçado, 36. Mamadu Kane, 20. Mert Çelik
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 3. Mamadu Mbodj, 10. Sezar Meza Kolli, 14. Romen Bask, 9. Tiaqo Bezerra, 7. Xorxe Korrea, 21. İsmayıl Zülfüqarlı, 70. Asim Əlizadə, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Bank Respublika Arena”
19:15. “Sumqayıt” – “Qəbələ”
Baş hakim: Elçin Məsiyev
“Kapital Bank Arena”
|
1 |
Qarabağ |
5 |
3 |
2 |
0 |
9-3 |
11 |
|
2 |
Qəbələ |
4 |
3 |
1 |
0 |
11-3 |
10 |
|
3 |
Zirə |
5 |
2 |
2 |
1 |
7-5 |
8 |
|
4 |
Neftçi |
4 |
2 |
1 |
1 |
8-5 |
7 |
|
5 |
Səbail |
5 |
2 |
0 |
3 |
3-10 |
6 |
|
6 |
Sumqayıt |
4 |
2 |
0 |
2 |
4-3 |
6 |
|
7 |
Sabah |
4 |
0 |
1 |
3 |
1-6 |
1 |
|
8 |
Keşlə |
5 |
0 |
1 |
4 |
2-10 |
1 |
Bombardirlər: Davit Volkov ("Zirə") - 5 qol; Ülvi İsgəndərov ("Qəbələ"), Filip Ozobiç ("Qarabağ") - 3 qol