“Napoli”nin baş məşqçisi olmağa  razılaşdı
14 noyabr 2023 15:22 (UTC +04:00)

“Napoli”nin baş məşqçisi olmağa razılaşdı

0

"Marsel", "Udineze" və "Qalatasaray"ın keçmiş baş məşqçisi İqor Tudor yaxın gələcəkdə "Napoli"yə rəhbərlik edə bilər.

Lent.az xarici mediaya istinadla bildirir ki, Canluka Di Marsionun saytının verdiyi xəbərə görə, 45 yaşlı mütəxəssis klubla 1 illik müqavilə imzalamağa razılaşıb.

Hazırda Tudor və agenti İtaliyanın paytaxtındadır və "Napoli"nin yekun qərarını gözləyir.

"Napoli" 12 oyundan sonra 21 xalla A Seriyasının turnir cədvəlində 4-cü yerdədir. 2023-cü ilin yayından komandaya Rudi Qarsiya rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5043

Oxşar yazılar