David de Xea gələcəyi ilə bağlı qərar verib.
Lent.az bildirir ki, “The Telegraph”ın yazdığına görə, ispaniyalı qapıçı “Mançester Yunayted”də xoşbəxtdir və komandada qalmaq üçün əlindən gələni edəcək.
Mankunianlıların yeni qapıçı axtarışında olmasına baxmayaraq, futbolçu "qırmızı şeytanlar"dan ayrılmamaq üçün hətta maaşında azalma da etməyə hazırdır.
Qeyd edək ki, de Xeanın müqaviləsi gələn ilin yayında başa çatır.
İndi qapıçı həftədə təxminən 400 min funt-sterlinq qazanan "Mançester Yunayted"in ən yüksək maaş alan futbolçularından biridir.