Mourinyo bu klubda  işləməyə   maraqlıdır
18 yanvar 2024 16:03 (UTC +04:00)

Mourinyo bu klubda işləməyə maraqlıdır

0

Portuqaliyalı agent Paulo Barbosa Joze Mourinyonun Sankt-Peterburqun "Zenit"inin baş məşqçi postuna mümkün dəvətini şərh edib.

Lent.az xarici mediaya istinadla məlumat verir ki, 60 yaşlı mütəxəssis yanvarın 16-da “Roma”dan qovulub.

“Düşünürəm ki, “Zenit”lə variant onun üçün maraqlı olardı. Baxacağıq, çünki Mourinyonun məşqçilik karyerasının sonu olacaq başqa bir variant var: Səudiyyə Ərəbistanında işləmək. Əgər o, razılaşarsa, top-klublarla işləməyə son qoyacaq”, – Barbosa vurğlayıb.

“Zenit” son beş mövsümdə Rusiya çempionluğunu qazanıb. Bu mövsümdə Sergey Semakın komandası 18 turdan sonra 36 xalla turnir cədvəlində “Krasnodar”dan 2 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5502

Oxşar yazılar