Modriç “Real”dakı oyunlarına görə  Ronaldonu keçdi
21 avqust 2022 19:32 (UTC +04:00)

Modriç “Real”dakı oyunlarına görə Ronaldonu keçdi

0

Yarımmüdafiəçi Luka Modriç "Real"ın heyətində meydana çıxma sayına görə əcnəbi futbolçuların reytinqində dördüncü pilləyə yüksəlib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 36 yaşlı xorvat bu siyahıda Kriştianu Ronaldonu geridə qoyub.

Bir gün əvvəl Modriç "Real"ın heyətində İspaniya çempionatının 2-ci turunun "Selta" ilə oyununda (4:1) meydana çıxıb. Bu, xorvatiyalı üçün “Kral Klubu”nun forması ilə bütün turnirlərdə 439-cu görüş olub. Ronaldonun hesabına Madrid klubunun heyətində 438 oyun var.

 “Real”dakı oyunlarına görə legionerlərin ilk beşliyi belədir:

Kərim Benzema – 608 oyun;

Marselo – 546 oyun;

Roberto Karlos – 527 oyun;

Luka Modriç – 439 oyun;

Kriştianu Ronaldo – 430 oyun.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1837

Oxşar yazılar