Millimizin sabiq qapıçısı  Ukraynadan qayıdır
11 mart 2022 04:45 (UTC +04:00)

Millimizin sabiq qapıçısı  Ukraynadan qayıdır

0

Azərbaycan millisinin keçmiş qapıçısı Andrey Popoviç yenidən ölkəmizdə çıxış edə bilər.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı qolkiper Premyer Liqa klubundan təklif alıb.

Konkret olaraq “Səbail” hazırda Ukraynanın II liqa təmsilçisi LNZ-də çıxış edən Popoviçin xidmətində maraqlıdır. Rusiya ilə Ukrayna arasında yaşanan hərbi gərginlik də milliləşdirilmiş qapıçının Azərbaycana dönməsinə səbəb ola bilər. “Səbail” Andreyin razılığını ala bilsə, o, növbəti mövsüm komandanın bir nömrəsi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1842

Oxşar yazılar