"Real"ın qapıçısı Tibo Kurtua Belçika millisində çıxışını müvəqqəti dayandıra bilər.
Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Miqel Anxel Dias xəbər verir.
Bununla belə, insayderin sözlərinə görə, qolkiper baş məşqçi Domeniko Tedesko ilə münaqişə səbəbindən deyil, qapıçılar üzrə məşqçi Ervin Lemmensin işdən çıxarılmasına görə karyerasını dayandırmağı planlaşdırır.
Daha əvvəl məlum olub ki, 31 yaşlı qapıçı 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniya ilə oyundan (3:0) əvvəl Belçika millisinin düşərgəsini tərk edib. Bildirilib ki, futbolçunun gedişinə səbəb Kevin de Bruynenin yoxluğunda millidə kapitan sarğısını onun yox, Romelu Lukakunun almasından narazılığı olub.
Tedesko bu versiyanı təsdiqləsə də, sonradan qapıçının zədə səbəbindən millini tərk etdiyini bildirib.