Millətlər Liqası:   Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub
30 mart 2022 10:25 (UTC +04:00)

Millətlər Liqası: Azərbaycan millisinin oyunlarının təqvimi bəlli olub

0

Azərbaycan yığmasının Millətlər Liqasındakı oyunların tam təqvimi dəqiqləşib.

Apasport.az saytının məlumatına görə, C liqasının 3-cü qrupunda mübarizə aparacaq Canni de Byazinin yetirmələrinin iyunun 3-də və sentyabrın 25-dəki matçlarında üz-üzə gələcəyi komanda bəlli olub.

Millimiz ilk və son qarşılaşmalarını Qazaxıstana qarşı keçirəcək. Bu, C liqasındakı qalmaq uğrunda pley-offdan sonra müəyyənləşib. Moldova səddini keçən qazaxıstanlılar yayda millimizi qəbul edəcək, payızda Bakının qonağı olacaq.

Millətlər Liqası

C liqası, 3-cü qrup

3 iyun 2022. Qazaxıstan – Azərbaycan

6 iyun 2022. Belarus – Azərbaycan

10 iyun 2022. Azərbaycan – Slovakiya

13 iyun 2022. Azərbaycan – Belarus

22 sentyabr 2022. Slovakiya – Azərbaycan

25 sentyabr 2022. Azərbaycan – Qazaxıstan

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1911

Oxşar yazılar