"İnter Mayami" futbol klubu hollandiyalı qapıçı Nik Marsmanla müqaviləyə xitam verdiyini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Amerika komandasının mətbuat xidməti məlumat yayıb.
Klubun bu qərarının səbəbləri açıqlanmasa da, bir neçə həftə əvvəl qapıçı argentinalı hücumçu Lionel Messinin transferinin məqsədəuyğunluğunu açıq şəkildə şübhə altına almışdı.
Ulduz hücumçunun keçidindən əvvəl Marsman deyib: “Şəxsən mən klubun Messinin keçidinə hazır olduğunu düşünmürəm. Müvəqqəti stadionumuz var, insanlar qazonda gəzə bilər, darvazalar yoxdur. Stadionu mühafizəsiz tərk edirik. Düşünürəm ki, infrastrukturumuz Messinin gedişinə hazır deyil”.
Messi iyulda azad agent kimi “İnter Mayami”yə keçib və iyulun 22-nə keçən gecə ilk oyunda qol vuraraq debüt edib.
Son iki ildə o, Fransanın PSJ klubunda çıxış edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa kimi hesablanıb. Ümumilikdə Messi ötən mövsüm Fransa çempionatında 32 matçda 16 qol vurub, 16 məhsuldar ötürmə edib.
Messi karyerasının böyük hissəsini “Barselona”da keçirib. O, 2020-ci ildə Kataloniya komandasını tərk edib.