Messinin atası bu klubla  danışıqlar   aparır
04 may 2023 14:30 (UTC +04:00)

Messinin atası bu klubla danışıqlar aparır

0

PSJ-nin hücumçusu Lionel Messinin atası Xorxe Messi tezliklə MLS klubu “İnter Mayami”nin sahibi Xorxe Mas ilə görüşməlidir.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Canluka Di Marzionun sözlərinə görə, Amerika klubu bir neçə aydır 35 yaşlı hücumçunun transferi ilə bağlı danışıqlar aparsa da, razılığa gələ bilməyib.

Daha əvvəl Messinin PSJ ilə iyunun 30-da başa çatacaq müqaviləni yeniləməkdən imtina etdiyi bildirilirdi. Bundan əlavə, o, Səudiyyə Ərəbistanına icazəsiz getdiyi üçün klub tərəfindən sanksiyaya məruz qalıb: argentinalı iki həftə müddətinə komandadan uzaqlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1791

Oxşar yazılar